RentUp – İcarə Platforması

Yüklənir

RentUp
search
RentUp

Dil

RentUp.az Məxfilik Siyasəti

Bu Məxfilik Siyasəti platformamızdan istifadə zamanı hansı məlumatların toplanıldığını, necə istifadə edildiyini və necə qorunduğunu izah edir.

1. Toplanan məlumatlar

Platformadan istifadə zamanı aşağıdakı məlumatlar toplana bilər:

  • Ad, soyad və əlaqə məlumatları (telefon, e-mail);
  • Hesab qeydiyyatı məlumatları;
  • Elanlar və istifadə fəaliyyəti ilə bağlı məlumatlar;
  • Texniki məlumatlar (IP ünvanı, cihaz növü, brauzer məlumatları və s.)

2. Məlumatların istifadəsi

Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:

  • İstifadəçi hesablarının yaradılması və idarə olunması;
  • Platformanın funksionallığının təmin edilməsi;
  • İstifadəçilər arasında əlaqənin qurulması;
  • Təhlükəsizliyin artırılması və dələduzluq hallarının qarşısının alınması;
  • Xidmətlərin təkmilləşdirilməsi və istifadəçi təcrübəsinin yaxşılaşdırılması;
  • Zərurət olduqda istifadəçilərlə əlaqə saxlanılması.

3. Məlumatların paylaşılması

RentUp.az istifadəçilərin şəxsi məlumatlarını üçüncü şəxslərə satmır və paylaşmır. Aşağıdakı hallar istisna təşkil edə bilər: İstifadəçinin razılığı olduqda; Qanunvericiliklə nəzərdə tutulan hallarda.

4. Məlumatların qorunması

RentUp.az saytı tərəfindən istifadəçi məlumatlarını qorumaq üçün müasir texniki və təşkilati təhlükəsizlik tədbirləri tətbiq edilir.

5. Cookie (çərəz) siyasəti

RentUp.az istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookie texnologiyasından istifadə edə bilər. Cookie-lər vasitəsilə istifadəçi seçimləri yadda saxlanılır və saytın performansı artırılır.

6. İstifadəçi hüquqları

İstifadəçilər aşağıdakı hüquqlara malikdir:

  • Öz şəxsi məlumatlarına çıxış əldə etmək;
  • Məlumatların düzəldilməsini tələb etmək;
  • Hesabının silinməsi və məlumatlarının ləğv edilməsi.

7. Üçüncü tərəf keçidləri

Platformada digər sayt və xidmətlərə keçidlər ola bilər. RentUp.az həmin üçüncü tərəf resurslarının məxfilik siyasətinə görə məsuliyyət daşımır.

8. Siyasətdə dəyişikliklər

RentUp.az bu Məxfilik Siyasətini istənilən vaxt yeniləmək hüququnu özündə saxlayır. Yenilənmiş versiya saytda dərc olunduğu andan qüvvəyə minir.

9. Əlaqə

Məxfiliklə bağlı suallarınız və müraciətləriniz üçün bizimlə saytda qeyd olunan mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz.

RentUp.az platformasından istifadə etməklə siz “Məxfilik Siyasəti” ilə razılaşmış hesab olunursunuz.